Türkiyədə AKP-linin sədrlik elədiyi Kocaeli Böyükşəhər Bələdiyyəsi ilə CHP-linin sədri olduğu İzmit Bələdiyyəsi arasında gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yol çəkilişində ərazi üstə yaranan mübahisə ilə bağlı tərəflərin açıq hava görüşündə maraqlı olay yaşanıb.

Belə ki, İzmit BələdiyyəsininAKP-li Məclis üzvü qəfildən ayağını yanında gedən CHP-li məclis üzvünün ayağına ilişdirməklə yanaşı, onu itəliyir. Lakin qarşı tərəf nə olduğunu anlamamış, AK Partiya məclis üzvü İbrahim Efe özünü yerə ataraq dığırlanmağa başlayıb. 

Onun yerdə dığırlanaraq "qoymayın, məni döyürlər, hücum var" deyə iyrənc şantaja əl atması isə ətrafdakılar tərəfidən acı gülüş doğurub. Onlar və xanım bələdiyyə sədri "ayıbdır, utanmırsan? Ayağa qalx..." deyə ona təpki göstəriblər... 

Yayılan videodan aydın görünür ki, AKP üzvünü orda nə itələyən, nə də vuran olub. Bu rüsvayçılığı isə həmin anı sırf təsadüf üzündən lentə alan bir nəfərin telefon çəkilişi üzə çıxarıb.

Baş verən rüsvayçı şantaj üslubuna hələ ki AKP-dən reaksiya verilməyib.

İzmit Bələdiyyəsinin xanım sədri Fatma Kaplan Hürriyet və onu müşayiət edənlər is olayı heyrətlə izlədiklərini deyiblər.

Tahir Şəlvəli

MİA.AZ