Türkiyədə prezident seçkilərinin vaxtı rəsmən elan olunub.
Mia.az xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə açıqlama verib.
O, məhz mayın 14-də gənclərin seçkidə düzgün seçim edəcəyinə ianndığını deyib.
Qeyd edək ki, Ərdoğan bundan əvvəl 74 il əvvəl baş nazir olan Mendresin xalqa məhz mayın 14-ü müraciət edərək "Söz də, qərar da millətindir, yetər artıq" sözlərini yada salaraq, seçkinin bu tarixdfə keçiriləcəyinin anonsunu vermişdi. Bu gün isə çıxışında konkretliyə varıb.
Onu da xatırladaq kİ, mart ayının 9 və ya 10-da seçki günü ilə bağlı rəsmi sərəncam veriləcək.
Lamiyə,
Mia.az