Türkiyənin İstanbul şəhərində Avropanın ən sürətli metro xətti istifadəyə verilib.

Bu barədə TRT telekanalı məlumat yayıb/Report.

Mia.az xəbər verir ki, metrodan istifadə edən bütün sərnişinlər üçün ilk bir ay pulsuz olacaq.

Məlumata görə, 34 kilometrlik məsafəyə sahib olan yeni xəttlə - Kağıthane stansiyasından İstanbul hava limanına cəmi 24 dəqiqəyə yetişmək mümkün olacaq. Yeni xəttə digər istiqamətlərə olan xətlər də yaxın müddətdə birləşdirilcək.

MİA.AZ