Dünən istefası rəsmən təsdiqlənən Almaniyanın müdafiə naziri Kristin Lambrextin yerinə yeni təyinat olub.

Mia.az NTV-yə istinadla xəbər verir ki, Baş nazirin qərarı ilə  Boris Pistorius  müdafiə naziri təyin edilib.

Xatırladaq ki, keçmiş müdafiə naziri hərbi helikopterə oğlunu məktəbə və əyləncə məkanlarına göndərməkdə ittiham olunurdu. Bundan başqa, onun Yeni il müraciəti və Ukrayna savaşı barədə açıqlamaları ölkədə qınağa səbəb yaratmışdı.

Mia.az