Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Müdafiə Nazirliynin (MN) yanvarın 13-də Soledar şəhərinə tam nəzarətin ələ keçirildiyi barədə yaydığı məlumatı təkzib edib.
Mia.az xəbər verir ki, Zelenski dünən yaydığı videomüraciətində Soledarin işğal olunmadığını deyib: "Hazırda döyüşlər gedir, Rusiya burada da böyük itkilər verir".
Ukrayna lideri qələbənin Ukraynanı olacağını da bəyan edib.
Xatırladaq ki, Rusiya MN bu şəhərə nəzaərtin ələ keçirildiyini rəsmən elan etmişdi.
Mia.az