Rusiya ordusu Ukraynanın ən böyük duz yatağının olduğu Soledar şəhərini işğal edib.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata əsasən, artıq şəhərə tam nəzarət olunur.

Ukraynanın Müdafiə Nazirliyi isə xəbəri təkzib edəərk, şəhərin işğal olunmadığını bəyan edib: "Hazırda şəhərdə ağır döyüş gedir. Ruslar, daha dəqiqi, “Vaqner” muzdluları ağır itkilər verirlər".

Xatırladaq ki, bir neçə gün əvvəl "Vaqner" döyüşçüləri şəhərə tam nəzarəti ələ keçirmək üzrə olduqlarını, növbəti hədəfin isə Baxmut şəhəri olduğunu açıqlayıb.