Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının qarşısında ermənilər aksiya keçriib.
Mia.az Ermənistan mediasına istinadla xəbər verir ki, ermənilərin “Milli-demokratik qütb” təşkilatının təşkil etdiyi aksiyada Rusiyanın 102-ci hərbi bazasına girişi qapadılıb.
Ermənilər Rusiyanın AZərbaycan və Türkiyə ilə müttəfiqliyinə diqqəti çəkərək, Putin rejimini Ermənistana xəyanətdə ittiham edərək, bazanı bağlamağı və ölkədən getmələrini tələb ediblər.
Etirazın böyüdüyünü görən Ermənistan hüquq-mühafizə orqanları hərəkətə keçib, nəticədə 70-ə yaxın aksiyaçının saxlanıldığı iddia olunur.