Türkiyədə prezident seçkiləri avqust ayında deyil, may ayında keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada mitinqdə çıxış edərkən deyib.

O bildirib ki, önümüzdə 5 ay var: "5 ay boyunca dayanmaq yoxdur".

Xatırladaq ki, son həftələr Türkiyədə seçkinin önə çəkiləcəyi barədə iddialar dolaşırdı.