“Rusiya qoşunlarının Ukraynadan çıxarılması sülh və təhlükəsizliyin bərpasının yeganə ciddi yoludur”.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
O bildirib ki, təcavüzkar Kreml, qurban isə Ukrayna xalqıdır:
“Birtərəfli atəşkəs elanı qeyri-qanuni ilhaqlar və referendumlar qədər yalan və ikiüzlüdür”/Report.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.