Ukrayna ordusu Donbasın Makeyevka bölgəsində Rusiya hərbi bazasını ABŞ istehsallı "Hımars" raketləri ilə vurub.
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, raket zərbəsiylə 400-dək rus əsgəri öldürülüb, yaralılar var: "Onların arasında rus ordusunun yüksık rütbəli hərbçiləri və kəşfiyyat qrupları da var".
Rusiya MN isə ölənlərin 63 nəfər olduğunu bəyan edib: "Ukrayna hərbi hissəyə 6 raket zərbəsi endirib, onlardan ikisi havada zərərsizləşdirilib. Amma 4 raket hədəfə çatıb. Nəticədə 63 hərbçimiz həlak olub, yaralılarımız var".
Mia.az