Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə gəlib.

Mia.az xəbər verir ki, onu ABŞ prezidenti Co Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb.

Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.