ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri göndərir.

Mia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.

O bildirib ki, ölkəsi Ukraynaya daha 1,8 milyard dollar həcmində hərbi yardım edəcək: "Bu yardım paketində “Patriot” zenit-raket kompleksləri də olacaq".

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ “Patriot” kompleksinin idarə etmək üçün Ukrayna hərbçilərinə təlim  də keçəcək.