Rusiya əsirlikdə olan 64 ukraynalı hərbçini və daha 4 cəsədi geri verib.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna prezident Ofisinin rəhbəri Andrey Yermak açıqlama verib.

O bildirib ki geri qaytarılan əsirlərlə yanaşı, 4 hərbçinin cəsədi də var: "Həmçinin, bizə kömək edən ABŞ vətəndaşı da geri qaytarılıb".