İranda etirazlarda həbs olunan və edama məhkum olunan 23 yaşlı gəncin edam hökmü ləğv edilib.

Məlumata görə, Mahan Sədaratın edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən dayandırılıb.

Qeyd edək ki, İranda son bir ay ərzində etirazlarda iştirak edən iki nəfər edam edilib və onların edamı ölkənin daxilində və digər ölkələrdə insan haqları fəallarının etirazına səbəb olub/APA.