Peru polisi bundan əvvəl ölkə parlamenti tərəfindən prezidentlikdən uzaqlaşdırılan Pedro Kastillonu saxlayıb.
Bu barədə "El Comercio" qəzeti məlumat yayıb.
Nəşr onun hazırda paytaxt Limada olduğunu qeyd edib/Report.
Xatırladaq ki, Peru parlamenti Prezident Pedro Kastillonun istefasına səs verib. Təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək.
Mia.az