İran hakimiyyəti əxlaq polisini ləğv edib.

Bu barədə İranın Baş Prokurorluğu məlumat yayıb.

Baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv olunub.

Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.