Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Ordu bölmələri sərhədə bitişik ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.
Bundan əvvəl noyabrın 27-də Türkiyə milli müdafiə naziri Hulusi Akar ordu komandanlığı və sərhədyanı bölgələrdəki birlik komandirləri ilə videokonfrans keçirib.