"İstanbulda terror aktını törədən şəxslər tapılıb və ədalətə təslim edilib"
Mia.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hadisədə əli olan hər kəs müəyyən olunacaq: "Terrorun intiqamı alınacaq. Türkiyə artıq terrorçuları müəyyənləşdirmək, onları cəzalandırmaq gücünə malikdir”.
Prezident qeyd edib ki, təyyarələrlə, PUA-larla İraq və Suriyada aparılan əməliyyatlar sadəcə başlanğıcdır.
Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır".
Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.
Mia.az