İndoneziyada 6 bala yaxın zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Yava adasında baş verən zəlzələ 162 nəfərin ölümünə, 1000-ə yaxın isə insanın yaralanmasına səbəb olub.

Məlumata görə, zəlzələnin yaratdığı dağıntılar altında 100-ə yaxın insanın qaldığı da güman olunur.