"Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq".
Bu barədə Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev seçkisonrası bəyanatında bildirib.
O qeyd edib ki, konstitusiya islahatı ardıcıl həyata keçiriləcək
Xatırladaq kii, ilkin məlumata görə, Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə qalib gəlib.
Digər namizədlər - Karakat Abden 2,54 faiz səs, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.
Mia.az