Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu olub.

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirili ki, bu gün PKK/PYD terror təşkilatı Tel Rıfat bölgəsindən Kilis Öncüpınar sərhəd keçid-məntəqəsində yerləşən Polis Özəl Hərəkat Qərargahına reaktiv yaylım atəş sistemi ilə hücum gerçəkləşdirib: "Hücum nəticəsində 1 komissar və 6 polis əməkdaşı olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb”.