“Rusiya ilə təmaslarımız var. Amma bu barədə detallı danışmaq istəmirəm”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.
O deyib ki, Ukraynadakı müharibənin səbəbkarı Rusiyadır: "Rusiya Ukraynaya hücum etməsəydi, bu problemlər, itkilər olmazdı. Biz Ukraynaya lazımı dəstəyi verməkdə davam edəcəyik".
Mia.az