"Zelenski Rusiya ilə danışıqlarla bağlı Qərbin heç bir məsləhətinə qulaq asmır".
Mia.az xəbər veirr ki, bu sözləri Rusiya XİN başçısı Lavrov deyib.
O bildirib ki, rəsmi Kiyev danışıqlarla bağlı mümkünsüz şərtlər irəli sürür: "Zelenskinin G20-dəki çıxışı da bnu göstərir. Görünür, o, Qərbin heç bir məsləhətinə qulaq asmır. Kiyev danışıqlardan nə qədər çox imtina etsə, razılaşmaq bir o qədər çətin olacaq. Biz dialoqdan imtina etmirik, bunu edən Zelenskidir".