Ukrayna prezidenti Volodimir Zelenski Xersonda səfərdədir.

Mia.az xəbər verir ki, o, hərbçilərin qarşısında çıxış edib.

Zelenski  bildiirib ki, Xerson ukraynalı hərbçilərin qəhərəmancasına apardığı döyüşlərin məntiqi sonuncu olaraq azad olunub: "Biz bütün cəbhəboyu qətiyyətlə döyüşür və işğal olunan torpaqlarımızı geri almağa başlamışıq. Biz qalib gələcəyik".

Ukrayna prezidenti Qərb ölkələrinə də göstərdikləri dəstəyə görə minnətdarlıq edib.