"Ankara Vaşinqtonun başsağlığını rədd edir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə İstanbulda törədilən terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmir.
Nazirin sözlərinə görə, ABŞ illərdir PKK/YPG terror təşkilatına hər cür silah və digər dəstəkləri verməkdədir.