Rusiya hərbçiləri tərk etdiyi Xerson ərazisini minalayır.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə paylaşım edib: "Rusiya Federasiyası Xersonu "ölüm şəhəri"nə çevirmək istəyir. Rusiya hərbçiləri hər yeri - mənzilləri, kanalizasiyaları minalayırlar. Sol sahildəki artilleriya şəhəri xarabalığa çevirməyi planlaşdırır".