Rusiya Ukraynanın Xerson vilayətindəki qoşunlarını geri çəkir.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin açıqlayıb.
O bildirib ki, döyüş zonasındakı real vəziyyəti nəzərə alaraq, belə bir əmri müdafiə naziri Sergey Şoyqu verib.
Onun sözlərinə görə, Rusiya bölmələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkiləcək.