Türkiyənin İzmir şəhərində 4.5 bal gücündə zəlzələ olub.
Mia.az xəbər verir ki, nəticədə 20-dən çox evə zərər dəyib, yaralılar var. Bir nəfər isə qorxudan infarkt keçirərək, vəfat edib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, biri ağır olmaqla 7 nəfərin müalicəsi davam edir.