Pakistanın keçmiş Baş naziri İmran Xanı öldürmək istəyiblər.

Mia.az NTV-yə istinadla xəbər verir ki, sabiq baş nazirin konvoyuna silahlı hücum olub.

Açılan atəş nəticəsində İmran Xan baldır nahiyyəsindən vurulub, atəş açan şəxs isə saxlanılıb.

Məlumata görə, İmran Xana 3 güllə sıxılıb.

Məlumata görə, hadisə zamanı 4 nəfər yaralanıb.

İmran Xanın hadisədən dərhal sonra xəstəxanaya çatdırıldığı, səhhətinin isə qaydasında olduğu bildirilir.

***

Pakistanın Baş naziri Şahbaz Şərif İmran Xana qarşı sui-qəsd cəhdini pisləyib.

Mia.az  xəbər verir ki, o, bu barədə paylaşım edəərk, zorakılığa qarşı olduğunu bəyan edib: “İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”.

***

İmran Xanı öldürməyə cəhd edən şəxsin adı açıqlanmasa da, onun ilk ifadəsi yayılıb: "İmran Xan insanları yanlış yönlendirir. Onu izəyərkən dayana bilmədim, bu üzdən öldürmək istədim, başqasnı yox.. Bunun üçün əlimdən gələni elədim".

***

Pakistan prezidenti Arif Alvi hadisəni şokedici, utancverici adlandırıb: "İmran Xana xain sui-qəsd utancverici, şokedicidir. Allaha şükür edirəm ki, özü güvəndədir, amma ayaqlarına bir neçə güllə dəyib. Ümid edirəm, durumu kritik deyil. Allah ona və bütün yaralılara şəfa versin".

Mia.az