Türkiyənin ana müxalif partiyasının keçmiş sədri Dəniz Baykalın qızı təmsil olunduğu partiyadan istefa verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qızının istefasından sonra Dəniz Baykalın da CHP-dən istefa verəcəyi xəbəri gündəmdən düşmür.
Bu gün isə Dəniz Baykal CHP-nin Ankaradakı deputatı Levent Gök vasitəsiylə xalqa müraciət edib.
O, müraciətində partiyadan gedəcəyi barədə xəbərləri yalanlayıb: "Belə bir şey ağlımın ucundan keçə bilməz. Bütün bu kimi iddiaları rədd edirəm. CHP-nin təmsil olunduğu "6-lı masa" (6 partiyanı birləşdiyi "Millət İttifaqını nəzərdə tutur-Mia.az) gərəyini etməlidir. Biz də CHP olaraq yumruq kimi bir araya gələk və CHP çatısı altında bu işi bitirəyin".