Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefonda danışacaq.

Mia.az xəbər verir ki, bu barədə Akar açıqlama verib.

O bildirib ki, Şoyqu ilə Ukrayna taxılının ixracı ilə bağlı müzakirə aparacaq: "Türkiyə olaraq taxıl dəhlizinin davamı, sülh və atşkəs üçün əlimizdən gələni edirik".