Çin Kommunist Partiyasının XX qurultayında 69 yaşlı Şi Cinpin üçüncü dəfə ölkənin rəhbəri seçilib.
Mia.az xəbər verir ki, partiyanın qurultayı ona yenidən etimad göstərib.
Xatırladaq ki, Si Cinpin 1953-cü il iyunun 15-də Çinin paytaxtı Pekin şəhərində anadan olub.
O, 2012-ci il noyabrın 15-dən Çin Kommunist Partiyasının Baş katibi, 2013-cü il martın 14-dən isə Çin Xalq Respublikasının Sədridir.