Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 88 yaşayış məntəqəsini işğaldan azad edib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib.
“Xersonda 88 yaşayış məntəqəsi işğaldan azad edilib”, - məlumatda deyilir.
O, həmin ərazilərdə 11 827 mülki şəxsin yaşadığını söyləyib: "Onlara lazımi humanitar yardım göstərilir. Həyat təminatı üçün zəruri obyektlər də bərpa olunur. Yollar təmizlənir, mobil rabitə bərpa olunur".