Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskva da daxil olmaqla ölkənin Mərkəzi Federal Dairəsi və Cənub Federal Dairəsində yüksək hazırlıq səviyyəsi elan edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə fərmana əsasən, paytaxt və qeyd edilən ərazilərdə ictimai asayişin qorunması gücləndiriləcək. Hmçinn Moskvada nəqliyyat vasitələri yoxlanılacaq.