“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, İrəvan Ankara ilə dialoqla bağlı mövqeyini həmişə açıq şəkildə bəyan edib: “Ermənistan bu dialoqun uğurla nəticələndiyini görməkdə maraqlıdır. Görüşlərdə tərəflər diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması istiqamətində dürüst və ciddi addımlara hazır olmalıdır”/Report.
Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu Ermənistanın XİN başçısı ilə görüşə hazır olduğunu bəyan edib.