Rusiyanın Ukraynanın paytaxtı Kiyevin energetika infrastrukturuna endirdiyi raket zərbələri nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“RBK-Ukraina" xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğundan bildirilib/Report.
Məlumata görə, Rusiya işğalçılarının Kiyevə hücumu davam edir.
Kiyev vilayətinin hərbi administrasiyasının başçısı Aleksey Kuleba deyib ki, Rusiya hücuma ara vermir: "Şəhəri enerji ilə təchiz edən Sol Sahildəki obyektlərə 3 raket atılıb".
Xatırladaq ki, ötən gün Ukrayna Prezident ofisinin müşaviri Oliksiy Arestoviç Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Kiyev səmasında Rusiyanın 3 raketinin məhv edildiyini bildirib.