Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Mia.az Rusiya mətbuatına istinadlaxəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb: "Ümumilikdə 3-ü uşaq olmaqla 13 nəfər ölüb, 19 yaralı var".
***
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə binada güclü yanğın olub.
Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub.
Rusiya Prezidenti Vladimir Putin dərhal operativ müşavirə çağırıb.
Rusiya mətbuatının məlumatına görə, aralarında azyaşlılar olmaqla 5 nəfər hadisə nəticəsində ölüb, 25 nəfər isə yaralanıb. 6 nəfərin taleyindən isə xəbər yoxdur.
***
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, itkinlər var.
Qeyd olunub ki, binada plitələrin çöküb ki, bu da xilasetmə əməliyyatına mane olur.