Rusiya Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.