Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, ilkin məlumata görə, 300 metr dərinikdə baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 21 yaralı var.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

***

Son məlumata görıə, ölənlərin sayı 28 nəfərə çatıb.

Mia.az-ın məlumatına görə, Enerji və təbii sərvətlər nazirliyi Fatih Dönməz partlayışın  ilkin səbəbini açıqlayıb.

O deyib ki, mədəndə metan qazının yayılması partlayışla nəticələnib.

Qeyd edək ki, bu gün prezident Ərdoğan hadisə yerinə gedəcək.

***

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 41 nəfərə çatıb.

Mia.az  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

Mia.az