"Qismən səfərbərlik demək olar, başa çatıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, proses 2 həftəyə tamamilə bitəcək.

Dövlət başçısı həmçinin bu qərara görə peşman olmadığını vurğulayıb: "Artıq 222 min nəfər səfərbərliyə cəlb olunub”/Report

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan olunmuşdu. Qərara əsasən, 330 min səfərbərliyə cəlb olunacaq.

Mia.az