Ukraynanın Odessa vilayətində partlayış olub.
UNİAN xəbər verir ki, yerli əhali partlayış səsləri eşidib.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
***
Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 zenit raketi atıb, ölən var.
Bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.
Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər.
Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb/Report.