Həftə ərzində Ukrayna Silahlı Qüvvələri şərqdə 6-sı Luqansk vilayətinin olmaqla 29 yaşayış məntəqəsini işğaldan azad edib.
Bu bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
O bildirib ki, təkcə bu həftə ərzində ukraynalı döyüşçülər ölkənin şərqində 776 kvadrat kilometr ərazini və altısı Luqansk vilayətində olmaqla 29 yaşayış məntəqəsini Rusiyanın psevdoreferendumundan azad ediblər: "Ümumilikdə, bu hücum əməliyyatı başlayandan 2 434 kvadrat km ərazimiz və 96 yaşayış məntəqəsi azad edilib”.
O həmçinin əlavə edib ki, bu həftə Ukraynanın cənubunda yaxşı nəticələr əldə olunub.
MİA.AZ