“Avropa İkinci Dünya müharibəsindən sonra ən böyük böhranla üzləşib”.

Bunu Böyük Britaniyanın Baş naziri Liz Tras tviterdə yazıb.

O bildirib ki, Ukrayna ilə Rusiya arasında davam edən müharibədə Kiyevin qələbəsini təmin etməkdən ötrü Avropa möhkəm olmalıdır.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə bu il fevralın 24-də başlayıb.