Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda Bakıda Qazaxıstan seçməsini qəbul edib.
Mia.az xəbər verir ki, oyunun 35-ci dəqiqəsində qonaq komandanın oyunçusu Nuralı Alip ikinci sarı vərəqə ilıə meydandan qovulub.
İkinci hissənin 66-cı dəqiqəsində isə Qazaxıstan yığmasının oyunçusu Aleksandr Maroçkin avtoqola imza atıb - 1:0.
74-cü dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırıb - 2:0
90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub - 3:0.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub.
Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.