"Rusiya ilə müharibədə yeganə "üçüncü tərəf" İranın pilotsuz təyyarələridir ki, Ukrayna onları artıq birbaşa öz səmasında vurur".

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.

O qeyd edib ki, İran ukraynalıları öldürmək üçün Rusiyaya silah tədarükünü dərhal dayandırmalı və “xarici təsir” fantaziyaları ilə bəhanə gətirməməlidir.

"Yeganə "üçüncü tərəf" İranın pilotsuz təyyarələridir ki, Ukrayna onları artıq birbaşa öz səmasında vurur. Tehran Ukrayna ilə münasibətlərin pozulmasına görə tam məsuliyyət daşıyırT, bunu “xarici təsir” fantaziyaları ilə əsaslandırmamalıdır”, - Oleq Nikolenko deyib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Ukraynaya “iki ölkə arasında münasibətləri pozmağa çalışan üçüncü tərəflərin təsirindən çəkinməyi” tövsiyə edib/Report.