“İran hələ də sivilizasiyaya necə yüksələcəyini anlamayıb”.
Mia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdəki paylaşımında qeyd edib.
O bildirib ki, İran texnoloji cəhətdən son dərəcə geridə qalmış Rusiyaya müasir pilotsuz təyyarələr verməklə ukraynalıların öldürülməsinə dəstək verib.
Qeyd edək ki, dünən Ukraynada İrana məxsus 6 PUA məhv edilmişdi. Bunun ardınca Ukrayna İran səfirini ölkədən qovdu.