"Rəsmi Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından mümkün istifadə ilə bağlı dediklərini ciddi qəbul edir".

Mia.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O qeyd edib ki, ABŞ prosesi yaxından izləyir.