Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda İsrailin Baş naziri Yair Lapidlə görüşüb.

Mia.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

Məlumata görə, tərəflər ikitərəfli əlaqələri və bölgədəki vəziyyəti müzakirə ediblər.

Onu da qeyd edək ki, İsrail bir neçə gün əvvəl Türkiyəyə yeni səfir təyin edib.