“NATO Ukraynaya yardım göstərsə də, Rusiya ilə müharibə aparmır”.

Bunu NATO-nun Hərbi Komitəsinin rəisi admiral Rob Bauer deyib.

O, hələ ki, Moskva ilə hərbi qarşıdurmaya əsas olmadığını bildirib: “Əgər Rusiya bizim üzv dövlətlərdən birinə hücum etsəydi, o zaman NATO ilə Kreml arasında birbaşa münaqişə yaranardı. Amma indi NATO Rusiya ilə müharibə aparmır”.

Admiralın sözlərinə görə, müharibənin hansı nəticə ilə başa çatacağına Kiyev özü qərar verməlidir: “NATO Ukraynanı və bu dövlətin özünümüdafiə hüququnu dəstəkləyir. NATO üzvlərinin və 20-dən çox ölkənin Ukraynanı dəstəkləməsi qanunidir”.

Qeyd edək ki, daha əvvəl Alyansın keçmiş baş katibi Anders Foq Rasmussen bildirmişdi ki, NATO ilə Rusiya arasında birbaşa silahlı münaqişə riski var və əgər Rusiya tərəfi Litvaya hücum etsə, bu, müharibənin başlamasına səbəb olacaq./Report