“Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı həll olunmamış problem var”.

Mia.az xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ arasında nə ticarət, nə də müdafiə sənayesi istiqamətində əlaqələr arzu olunan səviyyədə deyil: "Məsələn, F-16 ilə bağlı həll olunmamış bir məsələmiz var. Müəyyən siyasi qərarlar verilir ki, bunun da nəticəsində Türkiyəyə qarşı məhdudiyyətlər tətbiq edilir. Bu, iki dost ölkəyə o qədər də uyğun deyil. Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı həll olunmamış problem var. Biz ABŞ-dan F-16-larla bağlı müsbət qərar almasaq, təbii ki, öz başımıza çarə qılacağıq"